1 Fevral 2016 00:50
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlcə əri Rene Ancelil, daha sonra isə qardaşı Deniel Dion vəfat edən müğənni Selin Dion başına gələn bədbəxt hadisələrdən sonra ilk dəfə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi rəsmi səhifəsində izləyicilərinə müraciət edib:

“Son zamanlar müxtəlif insanlardan aldığımız baş sağlığı və dəstəyə görə özümün və ailəmin adından təşəkkür edirəm. Biz sizin Reneye olan sevginizi hiss etdik və sizin dualarınız belə çətin vaxtda çox kömək etdi. Bütün qəlbimlə sizə minnətdaram. Bizə göstərdiyiniz anlayışı heç vaxt unutmaycağıq”.

Xatırladaq ki, Selin Dionun əri Rene Ancelil yanvarın 14-də xərçəngdən dünyasını dəyişib.


Müəllif: