Aparıcı Xoşqədəm Baxşəliyeva və türkiyəli ifaçı Doğuşun əkiz övladları olacaq.
BiG.AZ xəbər verir ki, bu barədə Doğuş məlumat verib: "Ata olacağımı öyrənəndə ayaqlarım yer tutmadı. Gözümdən yaşlar axdı. Əkizlərimiz olacaq. Yoldaşım da, mən də 41 yaşındayıq. Keçmişdə də münasibətlərim olub, amma Rəbbim indi nəsib elədi. Həyat yoldaşımın da Türkiyədə iş görməsini istəyirəm. Uşaqlarım Türkiyədə doğulmalıdır. Vətənimə aşiqəm. Doğum şəhadətnamələrində ay-ulduzu görməliyəm. Məsələn, yoldaşım deyir ki, uşaqlarımız ABŞ-da doğulsun. Mən də deyirəm ki, mən milliyyətçi bir adamam, uşaqlarım Türkiyədə anadan olacaq. Bir konsertimdə səhnəyə onlarla birlikdə çıxmağı düşünürəm.
Rəqsanə