5 Fevral 2016 14:58
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Armani" firması yeni simasını seçib. Bu 17 yaşlı gürcü gözəli Tako Natsvlişvilidir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, 2016 yaz-yay kolleksiyasının siması olub. Gənc model bu barədə feysbuk hesabında yazıb:

"Böyük sevinclə elan edirəm ki, mən Armaninin yeni üzüyəm. Nəhayət ki! Arzularım reallaşır".

Qeyd edilir ki, Tako Natsvlişvili daha əvvəl də, "Versace", "Christian Dior", "Dolce & Gabbana", "Yohji Yamamoto" kimi brendlərin geyimlərini nümayiş etdirib.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər