Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova "Zuhal Topalla izdivac" verilişində iştirakını davam etdirir.
Teleqraf.com xəbər verir ki, aktrisa aparıcının “27 il Asif adlı insanla sevgi yaşamısınızmı?” sualını cavablandırıb: “Onunla 7 il eşq yaşadıq. Bir övladım oldu və hər şey bitdi. Ailəsi və iki qızı var idi. Mənə hər dəfə deyirdi ki, uşaq dünyaya gətir, səninlə evlənəcəm. 7 ildən sonra uşağımız oldu. Amma evlənmədi və mən də münasibətimizə son qoydum. O kişidən 20 yaşlı bir övladım var. Ümumiyyətlə, mənim dörd övladım var. Amma üç övladım, əmimoğlundandır. Həyatdır və həyatda hər şey olur”.
Z.Topal onu da bildirib ki, Asif bəy efirdə Sədaqət xanımı görəndə çox pis olub və xəstəxanaya düşüb.
Rəqsanə