“İndi 50 kiloyam”.
Bu sözləri Teleqraf.com-a əməkdar artist Röya Ayxan deyib: “Hazırda 2009-cu ildə geyindiyim cins şalvarı geyinmişəm. Yəni ki, çəkim dəyişmir. Dişlərimi düzəltdirirəm və ona görə bir az arıq görünürəm. Bu da normaldır. Son vaxtlar hamı deyir ki, arıqlamısan. İdmana gedəndə deyirəm ki, bəlkə arıqlamaq üçün deyil, kökəlmək üçün gedim? Bu çəkimdə də qalmağa çalışacam, kökəlməyi xahiş etməyin!”.
Rəqsanə