Bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın ölümünün səbəbləri araşdırılır.
PrimeTime.Az xəbər verir ki, Yasamal Rayon Prokurorluğunun və Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin əməkdaşları mərhum xalq artistinin evində araşdırma işləri apardılar.
Məlumata görə, bu dəqiqələrdə İlhamə Quliyevanın nəşini evinin qarşısından götürdülər.
Mərhum sənətkarın dəfn edilməsi haqda xəbər hələ ki yoxdur.