Xalq artisti İlhamə Quliyevanın vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
Teleqraf.com xəbər verir ki, nazir vida mərasimindəki çıxışında bildirdi ki, bu gün Xocalı faciəsinin baş verdiyi gündür. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İlhamə Quliyeva istedad və zəhmətsevərliyi sayəsində musiqi sənətinin incəliklərindən bəhrələnmiş, müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasında və 1960-ci ildən ömrünün sonuna qədər Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının solistidir. Yüksək istedadı, bənzərsiz ifa tərzi, musiqi duyumu və sənətə vurğunluğu ilə seçilən Azərbaycan bəstəkarlarından Fikrət Əmirov, Cahangir Cahangirov, Səid Rüstəmov, Ramiz Mirişlinin mahnılarının ilk və mahir ifaçısı idi. O milli musiqi mədəniyyətimizi dünyanın 20-dən artıq ölkəsində təmsil edib”.
Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi başa çatdı. Xalq artisti özünün ifa etdiyi "Çıxıb gedirəm" mahnısının sədaları altında II Fəxri Xiyabana yola salındı.