Aparıcı Sərxan Kərəmoğlu bu günlərdə dünyasını dəyişən xalq artist İlhamə Quliyeva ilə küsülü olmasından danışıb.
Aparıcı Teleqraf.com-a açıqlamasında bildirib ki, xalq artisti dünyasını dəyişəndən sonra da ona qarşı mövqeyi dəyişməyib: “Allah İlhamə xanıma rəhmət etsin! Ömrünün sonuna kimi onunla küsülü oldum, buna görə peşiman deyiləm. Həyatda hər şey ola bilər. Eləcə də mən nə etmişəm ki, peşman olum. Həyatdır və insanlar bir-biri ilə mübahisə etməli, küsməli və barışmalıdır. Həyatın mənası da budur. Bir üzlü olmaq olmaz. Hər kəs istədiyi kimi yaşayır. Şou-biznes var olan gündən İlhamə xanımla münasibətimiz çox yaxşı idi. Amma son vaxtlar müəyyən səbəblərdən görüşmürdük, bir yerdə çörək kəsmirdik”.
Rəqsanə