18 Mart 2016 20:52
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mətbuatda xalq artisti Nazpəri Dostəliyevanın veriliş aparması haqqında məlumat yayılıb. Daha sonra isə xalq artisti veriliş aparacağı haqqında yayılan xəbərin yalan olduğunu açıqlayıb. Bundan sonra isə Primetime.az saytı xalq artistinin səs yazısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, N.Dostəliyeva “İnstagram”da buna münasibət bildirib: “Yayılan səsyazmada mənim veriliş açmaq istəyimlə bağlı məlumat verilib. Bəli, bu istək aylar əvvəl Türkiyədə açmaq istədiyim verilişlə bağlıdır. Bu gün Ans kanalı mənim uğurlarımı işıqlandıran telekanal olaraq dəstək olur. Amma səsyazmada da eşitdiyiniz kimi layihənin nə olduğunu, nə zaman yayımlanacağını, nə də Ans telekanalında həyata keçirləcəyini deməmişəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər