Türkiyəli aktyor Kənan İmirzalıoğlu və aktrisa sevgilisi Sinem Kobal “Ormanlardan hemen önceki gece”ni izləməyə gediblər.
Publika.az-ın türk mətbuatına istinadən xəbərinə görə, Kənan tamaşadan əvvəl aktrisa Fahriye Evcenlə eyni serialda rol alacağı ilə bağlı sualları cavablandırıb: “Belə bir planımız yoxdur. Olanda hamının xəbəri olacaq”.
Qeyd edək ki, pərəstişkarları Fahriye və Kenanın eyni serialda rol alması xəbərinə sevinmişdi.