Xanəndə İlahə İbadova sənətdə hər zaman müqayisə edildiyi muğam ifaçısı Gülay Zeynallı ilə münasibətindən danışıb.
Xanəndə Teleqraf.com-a bildirib ki, onun həmkarı ilə münasibəti yaxşıdır: “Hər insan ünvanına deyilən mənfi sözü qəbul edə bilmir. Gülay yaşda məndən kiçikdir. Aramızı vurmaq üçün çox söz deyə bilərlər. Bəlkə də zamanla küyə gedib. Amma bu gün münasibətimiz çox gözəldir. Gülay ilə rəqabət də aparmıram. Mahnı seçimində rəqabət ola bilər. Amma mən daha gözəl görünüm və s. kimi məsələlərdə aramızda rəqabət yoxdur. Hər qadın gözəl görünmək istəyir. Gülay ilə ailəvi gediş-gəlişimiz olub. Hazırda ailəlidir, qayınanası ilə yaşayır. Ona görə bir o qədər də gedib-gəlmək istəmərəm. Amma qızlara demişəm ki, hər zaman evimə gələ bilərlər. Gülay hələ ki, gəlməyib. Bir gün gələr inşallah”.
Rəqsanə