5 Aprel 2016 12:17
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İllərdir qələbə müjdəsi xəbəri ilə yaşamışam. Amma, ölüm olmadan... Bu dərdi yaşayan heç bir qadın düşmənə belə bu acını yaşamağı arzu etməz. Amma, düşmən özü məcbur istəyirsə, biz ona nə deyə bilərik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə əməkdar artisti Aybəniz Haşımova yazıb: “Bu meydan, bu da sən - şeytan erməni milləti. Elə bilirdilər ki, qorxuruq, susuruq. Qorxağın Xalidləri, Mübarizləri, Çingizləri olmazdı. Evimizə soxuldun və sonra dedin ki, çıx evdən. Bu vətən mənimdir. Nankor, vicdansız, qansız, yediyi qaba tüpürən millət. Sən elə bilirsən ağlayıram? Bu gün mən sevincdən ağlayıram. Qurban olum sizə Azərbaycan əsgəri. Çox sağ olun cənab Prezident. Allah hamınızı qorusun!”.

Əməkdar artistin həyat yoldaşı Xalid Quliyev Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər