11 Aprel 2016 15:29
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şoumen Kamran Həsənli ilə həmkarı Samir Piriyev arasında pul qalmamalı bitmək bilmir.

Samir Piriyev mətbuata açıqlamasında istintaqın gedişindən narazı olduğunu, Kamran Həsənlinin bu məsələdə hansısa məmurun adını çəkməklə onu aldatdığını bildirib.

Buna münasibət bildirən Kamran Həsənli Teleqraf.com-a açıqlamasında qeyd edib ki, istintaq gedir və bütün sübutları təqdim edib: “Samir hər addımda məni şantaj edir. Adam göndərir ki, evi onun adına keçirim. O da ərizəni geri götürsün. Qismət Məmmədzadəyə 50 min atmağa gəlincə, bu, doğru deyil. Video çarx vasitəsilə o hər şeyi danışdı. Mən bu məsələdə heç bir yüksək rütbəli şəxslərin adını çəkmirəm. Adama deyərlər ki, kimin adını və harada çəkmişik? Bütün bu biabırçılığı yaradan odur. Bunlar boş söhbətlərdir. İstintaq gedir və bütün faktları təhvil vermişik. Əgər işdə hər hansı əyrilik olarsa, biz də şikayət edəcəyik. İstintaq öz işini görür və biz istintaqa mane olmaq istəmirik”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər