Türkiyə mətbuatı azərbaycanlı aktrisa Könül Nağıyevadan yazıb.
Teleqraf.com xəbər verir ki, “Azərbaycandan Türkiyəyə transfer” adlı yazıda aktrisanın bundan sonra Türkiyədə fəaliyyət göstəriləcəyi qeyd edilir.
Aktrisa qonşu ölkə mətbuatına açıqlamasında ekranlara çıxan yeni türk filmi – “Qız qaçıran”ın ona uğur gətirdiyi deyib: “Qız qaçıran” unudulmayacaq layihələrdən biri oldu. Bundan sonra Türkiyədə gözəl işlərdə yer almaq istəyirəm”.
Könül Nağıyeva Türkiyədə “Qız qaçıran”dan öncə rejissor Korhan Uğurun “Tərkedilmiş” filmində suriyalı qaçqını canlandırıb.
Pərvin