Müğənni Rihannanın açıq-saçıq səhnələrlə zəngin olan yeni klipi rekord vurub.
Teleqraf.com xəbər verir ki, ifaçının YouTube video portalına yüklənən "Needed Me" mahnısının klipi dörd gün ərzində 10 milyona yaxın baxış sayı yığıb. Müğənninin mahnısı "Anti" adlı albomuna daxil olub.
Klipdə açıq-saçıq səhnələrlə yanaşı, zorakılıq elementləri də var. Yaşı 18-dən aşağı olanların klipə baxmaları məsləhət görülmür.