Əkiz bacılar Sevil və Sevinc, prodüser Tarix(Tolik) Əliyev Bakıda qonaq olan italyan müğənni Eros Ramazzotti ilə bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, əkiz bacılar “İntagram”da sənətçi ilə foto paylaşaraq “Möhtəşəm ifa, səs, səhnə, səmimiyyət…Həyatımızda belə istirahət etməmişdik” şərhini yazıblar.
Qeyd edək ki, Sevil və Sevinc Eros Ramazzottinin “Crystal hall” da baş tutan konsertində tamaşaçı qismində iştirak ediblər.
Rəqsanə