Hindistanın “ilan qız” müalicə olunub.
Teleqraf.com xarici mediaya istinada xəbər verir ki, Hindistanda yaşayan 16 yaşlı Şalini Yadav eritroderma adlı nadir xəstəlikdən əziyyət çəkir.
Xəstəliyi üzündən ətraf insanlardan, məktəbdən təcrid olunan qız xeyriyyəçilərin köməyi ilə müalicə olunaraq, fərqli görkəm alıb.
İspaniyada müalicə olunan yeniyetmə qızın 10 gün ərzində dəri tökülməsi dayanıb.
Qeyd edək ki, bir müddət əvvəl nadir xəstəlikdən əziyyət çəkən 17 yaşlı hindistanlı qızın şəkilləri yayılmışdı.
Qızın yeni görüntülərini təqdim edirik.