10 May 2018 18:39
3 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalidə “Əş-Şəbab” qruplaşmasının rəhbərlik etdiyi məhkəmə 11 əri olan qadına hökm oxuyub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Şükri Abdullahi Varsame adlı qadın əvvəlki həyat yoldaşılarından boşanmadan 11 dəfə evlənməkdə ittiham olunub.

Məhkəmə şəriət qanunları əsasənda aparılıb. Günahı sübut edilən qadının bədəni torpağa basdırılıb. Onun yalnız başı bayırda qalıb. Daha sonra qadın daşlanaraq öldürülüb.

Şəriət qanunlarına görə, bir qadının birdən çox əri ola bilməz. Kişilər isə eyni zamanda dörd qadınla evli ola bilərlər.


Müəllif: Ruslan