Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, fevralın 29-da Ələt-Astara magistral yolunun 214-cü km-də, rayonun Xanbulan kəndi ərazisində baş verən hadisə zamanı rayonun Mamusta kənd sakini, 1998-ci il təvəllüdülü Azər Arzuman oğlu Babayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobil yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Süni nəfəs aparatına qoşulan Ü.Əzizli bu gün xəstəxanada vəfat edib.