8 Aprel 2019 19:59
5 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada bakirə qızların və bakir oğlanların sayı ildən ilə artır.

Teleqraf.com xəbər verir ki, Tokio Universitetinin alimlərinin araşdırmalarına görə, 18-39 yaş arasında olan bakirə qızların göstəricisi artaraq 24 faizə yüksəlib.

Ölkədə 34 yaşınadək olanların təxminən yarısı seksual əlaqələrə başlamayıb.

Əhali və Sosial Təminat Milli İnstitutunun məlumatına görə 18-34 yaşlılar arasında kişilərin 42, qadınların isə 44 faizi bakir(ə)dir.

Qeyd olunur ki, problem 2010-cu ildən bəri daha da dərinləşib. Onilliyin əvvəllərində kişilərin 36, qadınların isə 38,7 faizi bakirə idi.

Proqnozlara görə yaxın gələcəkdə kişilərin 70, qadınların isə 60 faizi subay olacaq.

Bu isə ölkə üçün demoqrafik problem yaradacaq.

20-29 yaşlarında olanların 90 faizi ailə qurmağa can atmadıqlarını bildiriblər.

Sorğuda iştirak etmiş 2706 subay kişinin 30, 2570 subay qadının isə 26 faizi özlərinə partnyor axtarmadıqlarını bildiriblər.

Yaponların seksdən uzaq düşməsinə səbəb ağır iş rejimi, ailə qayğılarından xilas olmaq istəyidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər