16 Avqust 2019 21:08
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı rahibə Lüsil Randon Avropanın ən yaşlı qadını adını alıb.

Teleqraf.com-un məlumatına görə, rahibənin bu ilin fevralında 115 yaşı tamam olub.

Doğum günündə o, Roma papası I Fransiskdən təbrik məktubu almışdı.

L.Randon qitənin ən yaşlı sakini adını 116 yaşlı italiyalı Mariya-Cuzeppa Robuççi-Narcizonun vəfatından sonra alıb.

Dünyanın ən yaşlı qadını isə yaponiyalı Kane Tanakadır. O, 1903-cü ilin yanvarında anadan olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər