12 Mart 2020 09:05
16 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi dəniz donanmasının zabiti Kleyton Lantri 1980-ci illlərdə ABŞ-ın Moskvadakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı idi. Səfirliyin digər əməkdaşları kimi Lantriyə də Sovet qadınları ilə münasibət qurmaq qadağan edilmişdi. Amma KQB casusu Violetta Şeyna gənc amerikalı zabiti ələ keçirməyi bacardı. Münasibətlərin başlamasıyla Lantri Sovet kəşfiyyatının qucağına düşdü.

Teleqraf.com xəbər verir ki, KQB-nin şantajı ilə üzləşən Lantri səfirliyin bütün gizli planlarını Moskvaya verməyə məcbur oldu.

Ən əhəmiyyətlisi bu idi ki, Amerikanın bütün SSRİ ərazilərindəki casuslarının siyahısı KQB-nin əlinə keçdi.

Kanadalı diplomat

Kanadanın Moskvadakı səfirliyinin əməkdaşı Roy Gindon da Sovet kəşfiyyatının tələsinə düşənlərdən biridir. KQB 1959-cu ildə Gindonun qadın düşkünü olduğunu bildikdən sonra hərəkətə keçdi. KQB agenti Larisa Dubanova ilk fürsətdə kanadalı diplomatla tanış oldu. Cütlük arasında böyük bir eşq yaşandı. Bir neçə ay sonra Larisa hamilə olduğunu deyərək, diplomatı tamamilə ovucunun içinə aldı. Sevgilisinin təhdidləri ilə küncə sıxılan Gindon KQB ilə gizli əməkdaşlığa “yaşıl işıq” yandırdı. Kanda kəşfiyyatı bir neçə il sonra Gindonun Sovet gizli xidməti ilə əməkdaşlıq etdiyini üzə çıxardı.

Fransalı səfir

KQB eyni yolla Fransanın Moskvadakı səfirini də tələyə salmağı bacardı. 1955-ci ildə Fransanın Moskvadakı səfiri Moris Dejan rus müğənni Larisa Kronberq-Sobolevskaya ilə tanış oldu. Əslində Sobolevskaya müğənni kimi tanınsa da, peşəkar KQB agenti idi. Səfiri ələ keçirmək üçün ssenari əvvəlcədən hazırdı. Plana görə, Moris və Larisə evdə görüşərkən qadının “qısqanc əri” evə basqın edib onları bir yerdə tutacaqdı. Belə də olur, görüş vaxtı evə basqın edən “qısqanc ər” səfiri döyür və məhkəmə ilə hədələyir. Amma “qısqanc ər” bu hadisənin skandala yol açmasının qarşısını almaq üçün Dejana KQB ilə əməkdaşlıq təklif edir. Hadisədən xəbərdar olan dönəmin Fransa Prezidenti Şarl De Qoll səfiri məzəmmət edərək, “Moris, vəzifənin başında olanda işləmək yerinə, hamını yatağa aparırsan?”, deyir.

İndoneziya lideri

Şantaj hadisələrinin ən maraqlısı dönəmin İndoneziya dövlət başçısı Əhməd Sukarnonun başına gəldi. 1960-cı illərin əvvəllərində Moskvata səfərində Sukarnoya xüsusi bir otaq hazırlanmışdı. Otaqda tələ üçün gözləyən KQB-nin sarışın qadın casusları hədəflərinə çatır. Səhəri gün otaqda baş verənlər kasset şəklində İndoneziya liderinin əlinə verilir. Hadisəyə soyuqqanlı yanaşan Sukarno KQB səlahiyyətlilərindən kassetin bir nüsxəsini də istəyir. İndoneziya lideri halından məmnun şəkildə “Bu görüntüləri İndoneziya kinoteatrlarında xalqıma göstərməyi düşünürəm. Xalqım mənim kimi liderlə qürur duyacaq”, ifadəsini işlədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər