17 Sentyabr 2020 22:39
4 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın "İdrak Texnoloji Transfer" şirkəti tərəfindən xəsarət alanların təxliyəsi üçün ambulans dron hazırlanır.

Teleqraf.com TED.az-a istinadən xəbər verir ki, dronun layihələndirilməsi başa çatdırılıb və hazırda prototip yaradılma mərhələsindədir.

Ambulans dron nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi, çətin keçilən ərazilərdən yaralıların və xəsarət alanların təxliyəsi, habelə mülki və hərbi yüklərin keçilməz ərazilərə nəqli üçün nəzərdə tutulur.

Qeyd edək ki, hazırda "İdrak Texnoloji Transfer" şirkəti tərəfindən müxtəlif təyinatlı bir neçə pilotsuz uçuş aparatı işlənilir.


Müəllif: Teleqraf.com