“Fənərbaxça”nın yeni transferi Məsut Özilin təqdimetmə mərasimi olub.
Teleqraf.com-un məlumatına görə, mərasimdə ulduz futbolçu Azərbaycanla bağlı fikirlərini bölüşüb.
O bildirib: “Azərbaycana salam göndərirəm. Sadəcə, “Fənərbaxça” tərəfdarlarına deyil, hər kəsə salamımı çatdırıram. Bizi dəstəklədikləri üçün təşəkkür edirəm”.
Daha sonra İstanbul klubunun prezidenti Ali Koç Azərbaycanla bağlı fikirlərini dilə gətirib: “3 ölkə var ki, orada oynamaq istəyirik. Onlardan birincisi Azərbaycandır. Məsutun gəlməsi ilə bu daha çox reallaşa bilər. Yaxında Azərbaycana gedib orada yoldaşlıq görüşü keçirəcəyimizə inanıram”.