22 May 2021 20:21
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əczaçılıq şirkətlərinin koronavirusa qarşı peyvəndlərdən əldə etdiyi gəlirlər sayəsində dünyada doqquz insan dollar milyarderi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə People’s Vaccine Alliance təşkilatı tərəfindən hazırlanan hesabatda Forbes jurnalına istinadən bildirib.

Hesabata əsasən, ABŞ-ın "Moderna" şirkətinin rəhbəri Stefan Bansel və Almaniyanın "BioNTech" şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin yeni milyarderlər siyahısına başçılıq ediblər. Artıq onların sərvəti müvafiq olaraq 4,3 milyard və 4 milyard dollar olaraq qiymətləndirilir.

Reytinqə 2010-cu ildə Modernanın inkişafına 5 milyon və 1,5 milyon dollar sərmayə yatıran amerikalı sərmayəçilər Timoti Sprinqer və Robert Lanqer və İspaniyanın "Laboratorios Farmacéuticos Rovi" əczaçılıq şirkətinin direktorlar şurasının rəhbəri Xuan Lopes-Belmonte də daxildir. Bundan əlavə, pandemiya dövründə Çinin "Cansino" əczaçılıq şirkətinin üç həmtəsisçisi milyarder oldu.

Hesabatda yeni milyarderlərin sərvətinin 19,3 milyard dollar olaraq qiymətləndirildiyi qeyd olunub.


Müəllif: Teleqraf.com