15 Oktyabr 2021 10:46
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada sahilə çıxan qəribə canlı elm adamlarını hərəkətə keçirib.

Teleqraf.com xəbər verir ki, bəziləri bunun daş balığı olduğunu, bəziləri isə balinaların üstü və ya daxili orqanlarında yaşayan canlı olduğunu iddia edirlər.

Canlının adı və haradan gəldiyi hələ bilinmir.

Dəniz kənarında tapılan canlı elm adamlarını səfərbər edib. Araşdırmaya başlayan alimlərin qısa müddətdə insanı öldürmə qabiliyyətinə malik olan canlı barədə ilk açıqlamaları budur ki, o, daş balığdır.

Canlı haqda başqa bir nəzəriyyə balinalarla bağlıdır. Mütəxəssislər bu canlının sperma balinalarından gəldiyini bildirirlər. Yaxud bir balina və köpək balıqlarının bədənlərinin bir hissəsi ola biləcəyi irəli sürülür. Bütün bu fərziyyələrə baxmayaraq, elmi dünyasını aktivləşdirən canlı üçün dəqiq diaqnoz qoyulmayıb.

Canlı haqda üçüncü fikir bunun dəniz canlısı olmaması ilə bağlıdır. Bu fikri dəstəkləyənlər canlının kənardan dənizə atıldığını iddia edirlər. Mütəxəssislərin yaxın günlərdə ətraflı açıqlama verəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu