22 Oktyabr 2021 09:38
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və İrlandiyanın kraliçası Viktoriyanın 1800-cü illərdə vəfat edən əri Albertlə danışdığı iddiası o dövrdə böyük əks-səda doğurmuşdu. Hamının dəli olduğunu düşündüyü kraliça ölən əri ilə danışmaq üçün sarayında rituallar keçirmişdi.

Ölülərlə danışdığını iddia edənlər çoxdur. Ancaq bəziləri cəmiyyətdə tutduqları mövqelərə görə bu iddiaları ilə böyük müzakirələrə səbəb olublar. Onlardan biri Böyük Britaniya və İrlandiya kraliçası Viktoriyadır. Kraliça ölənədək sarayında keçirdiyi rituallar sayəsində mərhum əri Albertlə danışdığını iddia edib.

Bacıların başlatdığı hərəkat

Müasir dövrdə “spiritizm” adlandırılan “ölülərlə ünsiyyət” fenomeninin təməli 1848-ci ildə Nyu-York şəhərində atılıb. Bacılar Marqaret və Keyt Foks “ruhlarla ünsiyyət hərəkatı”nı başlatdılar.

Spiritizmin populyarlığı xüsusilə XX əsrdə artıb. 1918-ci ildə - dünyanın vətəndaş savaşları, Birinci Dünya Müharibəsi və qrip epidemiyası kimi xaosun içində olduğu bir vaxtda insanlar bu hərəkata böyük maraq göstərdilər. Ruhani hərəkat heç vaxt tamamilə sönməsə də, İkinci Dünya Müharibəsindən sonra populyarlığı aşağı düşdü. Amma 100 ildən çoxdur ki, tanınmışlar da daxil olmaqla, bütün təbəqələrdən olan insanları cəlb edə bilir.

O dünyadan gələn söz

Kraliça Viktoriya spiritizmlə maraqlananda dünya hələ bu barədə məlumatlı deyildi. Kraliça 1861-ci ildə əri Albertin vaxtsız və gözlənilməz ölümü ilə əlaqədar yas saxlamağa başladı. Ölümündən sonra qara libasa bürünən kraliça Albertlə axirət həyatında ünsiyyət qura biləcəyinə inanırdı.

Albertin ölümündən qısa müddət sonra Robert Ceyms Lis adlı 19 yaşlı bir medium seanslarından birində sahzadə Albertin kraliçaya söz göndərdiyini iddia etdi. Bunu eşidən Viktoriya mediumla görüşmək qərarına gəldi. O, seansda təkcə Viktoriya və Albert arasında heç kimin bilmədiyi bir sirdən danışdı. Gənc medium bununla Bukinqem sarayında kraliça üçün çoxsaylı seanslar keçirdi. Viktoriya son nəfəsinə qədər Albertlə danışmaq üçün sarayında rituallar keçirməyə davam etdi.


Müəllif: Mənsur Rəğbətoğlu