24 Sentyabr 2022 09:05
2 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın sahilində kəşf edilən batmış sualtı qayığın Adolf Hitlerin Cənubi Amerikaya qaçmasına kömək edən “gizli nasist gəmisi” olduğu iddia edilir.

Teleqraf.com xəbər verir ki, 80 metr uzunluğundakı gəmi Argentinanın mərkəzində yerləşən Quequen limanı yaxınlığında Missing Link qrupunun üzvləri tərəfindən aşkar edilib.

Xəbərə görə, dövlət tərəfindən təyin olunan dalğıclar gəmiyə baxış keçirib və onun ilk görüntüləri yayılıb.

Gəmi 30 metr dərinlikdə aşkar edilib.

Missing Link qrupunun rəhbəri Abel Basti Hitlerin İkinci Dünya müharibəsindən qaçdığına və Argentinaya sığındığını, burada kitablar yazdığını düşünür. O, gəminin tapılmasını buna sübut kimi təqdim edir.

Ancaq tarixçilər onun iddialarını qəbul etmirlər.

Basti, Hitlerin 1945-ci ildə sualtı qayığı Argentinaya çatdıqdan sonra məhv edildiyini düşünür. Deyir ki, Hitlerin intihar edilməsi əvəzinə Argentinaya gəlib.

İngiltərədəki Kingston Universitetində tarixçi Steven Voodbridge sualtı kəşfi “çox maraqlı” itrəliləyiş adlandırıb.


Müəllif: Nemət