22 Yanvar 2023 08:20
3 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saç tökülməsi çağımızın ən böyük problemlərindən biridir. Əsas səbəblərdən birinin stress olduğu hər kəsə məlumdur.

Bədənimizin iş və həyatın sıxlığından ən asan təsirlənən hissələrindən biri də saçlarımızdır. Bir çox insan saç tökülməsinin qarşısını necə alacağını bilmir. Stressdən başqa saç tökülməsinin ən çox görülən səbəbi dəmir çatışmazlığıdır.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, saç tökülməsinə çox xeyirli və yumşaq saçlara sahib olmaq üçün ən təsirli müalicələrdən biri mayonez, şirin badam yağı və yumurta sarısı qarışımıdır.

Bir çay qaşığı mayonez, 20 damcı şirin badam yağı və bir yumurta sarısını götürün. Hamısını bir qabda qarışdırın. Sonra saçınızı soyuğa yaxın su ilə isladın. Ən vacib məqam suyun soyuğa yaxın olmasıdır. Qarışımı nəm saçlarınıza, ilk növbədə dibinə masaj edərək tətbiq edin. Saçınızı toplayın və bir saat gözləyin. Sonra soyuğa yaxın su ilə yaxşıca yuyun. Durulama zamanı saçınızı adət etdiyiniz biçimlə yuya bilərsiniz.


Müəllif: Pərvin Cəfərova