7 Mart 2023 20:05
3 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada Çeçenistanın rəhbəri Ramzan Kadırova məxsus at oğurlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çexiyanın “Idnes” saytı məlumat yayıb.

Bildirilir ki, saf cins ingilis ayğırı Zazou ölkənin qərbindəki Krabçitse kəndində tövlədən oğurlanıb.

Çexiya hüquq-mühafizə orqanlarının məlumatına görə, içəri girən şəxs karabinin köməyi ilə zənciri qırıb və atı qaçırıb. Çexiya polisi at oğrusunu gücləndirilmiş rejimdə axtardığını bildirib.

Atın qiyməti təxminən 18 min dollardır.

Qeyd olunub ki, Zazou və Çexiyadakı bir neçə başqa at sanksiyalar çərçivəsində Kadırovun dondurulmuş əmlakı siyahısındadır. Ukraynaya qarşı müharibə başlamazdan bir ay əvvəl iki rusdilli şəxs ayğırı Çexiya tövləsindən Polşaya aparmağa çalışsa da, onlara icazə verilməyib.

Heyvan 2012-ci ildə alınıb, yarışlarda çoxsaylı mükafatlar qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər