Görkəmli braziliyalı yazıçı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanı əsasında film çəkiləcək.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Legendary Entertainment” şirkəti “Sony TriStar Pictures” ilə birgə işləyəcək.
Filmin ssenarisini yazıçı və ssenarist Cek Torn yazacaq.