26 Mart 12:15
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahzadə Keyt Middlton əri Şahzadə Uilyam və uşaqları ilə birlikdə bir kənd mülkünə yerləşib.

Teleqraf.com "Entertainment Tonight" portalına istinadən xəbər verir.

Bir gün əvvəl Keyt Middlton və Şahzadə Uilyam uşaqları ilə birlikdə helikopterlə naməlum istiqamətə uçublar. Jurnalistlər kral ailəsinin üzvlərinin hazırda İngiltərənin şərqində yerləşən Norfolkdakı Anmer Hall malikanəsində olduğunu bildirir. Uels şahzadəsi və həyat yoldaşı uşaqlarının məktəb tətilini orada keçirəcəklər. Onların Kral III Çarlzla da görüşəcəyi gözlənilir.

Eyni zamanda, Keyt Middlton və Şahzadə Uilyam kral ailəsinin digər üzvlərindən fərqli olaraq Pasxa ibadətinə qatıla bilməyəcəklər.

Martın 22-də Keyt Middleton rəsmi olaraq elan edib ki, hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələsindədir. Xərçəng qarın nahiyəsində aparılan əməliyyatdan sonra aparılan müayinələr zamanı aşkar edilib.


Müəllif: Pərvin Cəfərova