Fransanın Almaniya ilə sərhədinə yaxın Tiyonvild əyalətində toy mərasiminə silahlı hücum edilib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, kalaşnikov və ov tüfəngi ilə silahlanmış iki maskalı şadlıq sarayının qarşısında olan şəxslərə atəş açıb.
Hadisə zamanı bir gəncin öldüyü, beş nəfərin isə yaralandığı bildirilib. Yaralananlardan biri hamilə qadındır.
Prokurorluğun verdiyi məlumata görə, hücumdan sonra maskalılar avtomobillə qaçıblar. Toy sahiblərinin türk olduğu bildirilib.