30 İyun 18:49
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü Nigeriyanın şimal-şərqindəki Qvoza şəhərində qadın kamikadzelərin koordinasiyalı hücumu nəticəsində azı 18 nəfər ölüb, 19-u ağır olmaqla, 30 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, Borno ştatının fövqəladə hallar agentliyinin baş direktoru Barkindo Saidə görə, ilk qadın kamikadze partlayıcını yerli vaxtla saat 15:00 radələrində toy mərasimi zamanı işə salıb. Bir neçə dəqiqədən sonra xəstəxananın yaxınlığında daha bir partlayış səsi eşidilib.

Daha sonra dəfn mərasimi zamanı üçüncü hücumu yas paltarı geyinmiş qatil-terrorçu həyata keçirib.

Qurbanlar arasında uşaqlar və hamilə qadınlar da var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər