NATO-da səlahiyyət müddəti başa çatan baş katib Yens Stoltenberq qarşıdan gələn prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Vaşinqtonun Şimali Atlantika Alyansının güclü müttəfiqi olaraq qalacağını deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yomiuri Shimbun qəzeti məlumat yayıb.
"ABŞ-də Ukraynaya ikitərəfli güclü dəstək var. Kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ NATO-nun güclü müttəfiqi olaraq qalacaq", - Stoltenberq bildirib.