30 İyun 18:22
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahaçqala və Dərbənddə baş verən terror aktlarından sonra region və onun sakinləri təqiblərlə üzləşib. Respublikanı təhqir edən bəyanatlar artıq bir həftədir ki, dayanmır. Bizi radikalizmdə ittiham edirlər, cinayətkarları bütün dindarlarla qarışdırırlar, niqablarda terror əlamətləri görürlər və ictimaiyyətin gözü qarşısında ehtiyatsızlıq edirlər, təhlükəli şərhlər verirlər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov bildirib.

Onun sözlərinə görə, respublika ətrafında fırtına hələ də səngimir: "Sanki bəzi yüksək rütbəli spikerlər vəziyyəti gərginləşdirmək istəyir. Terror aktlarının ötən il İsraildən təyyarənin gəlməsi zamanı baş verən iğtişaşlarla əlaqələndirənlər var. Həmin hadisələrə görə məsuliyyət daşıyanların hamısı layiq olduqları cəzanı alacaqlar və iğtişaş iştirakçılarına qarşı cinayət işləri onlara daha obyektiv baxılması üçün Krasnodar diyarına köçürülüb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər