1 İyul 01:11
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlər hələ də Alzheimer xəstəliyinə nəyin səbəb olduğunu dəqiq bilmir.

Teleqraf.com xəbər verir ki, xəstəliyin erkən simptomlarını aşkar etmək üçün araşdırma aparan həkimlər yeni nəticələr əldə edib.

Boston Universitetinin alimləri yüngül koqnitiv pozğunluğu (MCI) olanların nitq nümunələrini təhlil edən yeni AI (süni intellekt) alqoritmi hazırlayıblar.

Tədqiqat çərçivəsində mindən çox insanın səs qeydlərindən istifadə edərək idrak pozğunluğunu dəqiq müəyyən etmək üçün model yaradılıb.

Yeni alqoritm 63-97 yaşlarında olan 166 şəxsin transkripsiya edilmiş audioyazıları üzrə təlim keçib.

Təlimdən sonra alqoritm əvvəllər işlənməmiş nitq nümunələrindən Alzheimer riskini proqnozlaşdırmağa başlayıb. Bunun üçün yaş və cins kimi digər mühüm amillərdən də istifadə edilib.

Mütəxəssislər bu texnologiyanın Alzheimer xəstəliyinin erkən aşkarlanması və müdaxiləsində potensial olaraq böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Çünki risk altında olan fərdlərin erkən diaqnozu xəstələrin erkən müalicə imkanlarından yararlanmasına kömək edə bilər.


Müəllif: Arzu