Dənizdə tapdıqları şüşədəki mayeni içən 4 balıqçı ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Şri-Lankada baş verib.
Yerli mediada gedən xəbərlərə görə, hadisə nəticəsində 4 nəfər ölüb, 2 balıqçının həyatı isə təhlükə altındadır.
Şri-Lanka Hərbi Dəniz Qüvvələri hadisəyə aydınlıq gətirmək üçün araşdırmaya başlayıb.
Bildirilir ki, balıqçılar mayenin spirt olduğunu düşünüb içiblər.