Yaponiyanın “Sharp” şirkəti yaşlı istifadəçilər üçün nəzərdə tutulmuş yeni "Simple Sumaho 7" smartfonunu təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “IT-Home” məlumat yayıb.
Bildirilir ki, təqdim olunan cihazın ekranının altında düymələri var. Telefon "Qualcomm Snapdragon 695" prosessoru və müasir avadanlıqla təchiz edilib.
Smartfonun əsas xüsusiyyətlərindən biri sensor ekranlarla tanış olmayan istifadəçilər üçün naviqasiyanı asanlaşdıran "Home" düyməsinin olmasıdır. "Simple Sumaho 7" həmçinin səsli əmrləri dəstəkləyir və təcili zəng funksiyasına malikdir.
Smartfon Yaponiyada yalnız "SoftBank" vasitəsilə iyulun 5-dən 59 760 yen (631 azn) qiymətinə satılacaq.