Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva Kuşadasındakı meşə yanğını ilə bağlı sosial media hesabında paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Nərgiz Mirbabayeva bu sözləri qeyd edib:
“On ildir ki, burada yaşayırıq. Heç vaxt belə yanğın hadisəsi olmamışdı. Bizim üçün narahat olanlar, hər şey yaxşıdır. Çox kədərliyik. Dünəndən səhərə qədər yatmamışam, qorxudan deyil, üzüntüdən. Gördüyün meşələr yanır və sən də heç nə edə bilmirsən. Yanğını səhərə yaxın söndürdülər, hər şey yaxşıdır. Yenə bir insanın cahilliyindən, axmaqlığından minlərcə heyvan, ağaclar yandı”.