Casusluğun ustası kimi tanınan Robert Sesilin qeydləri I Elizabetin hakimiyyətinin gizli casus şəbəkəsini ortaya çıxarıb.
Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın milli arxivlərində uzun illər unudulan sənəd I Elizabet (1558-1603) dövrünün gizli casus şəbəkəsini üzə çıxarıb.
Tarixçilərin fikrincə, 428 illik gizli dosye İngiltərənin ilk müntəzəm məxfi xidmətinə işıq salır. "Kəşfiyyatçıların adları" adlı tək səhifədə casus Robert Sesilin Avropa hökmdarlarına casusluq etmək üçün qurduğu gizli şəbəkənin təfərrüatları yer alır.
Tarixçilərin sözlərinə görə, bu sənəd Sesilin sistemli şəkildə casusluq şəbəkəsini qurduğunu və idarə etdiyini ortaya qoyur.
Robert Sesilin rəsmi vəzifəsi I Elizabetin dövlət katibi olsa da, o, 1588-ci ildə İspaniya Armadasının hücumundan sonra gizli casus şəbəkəsi ilə İngiltərənin müdafiəsini gücləndirməyi qarşısına məqsəd qoymuşdu.