30 İyun 21:00
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada yaşayan 71 yaşlı demans xəstəsi Els və belindən əməliyyat olunan, lakin sağalmayan Jan evtanaziya ilə həyatlarına son qoyublar.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 50 ilə yaxındır evli olan cütlük uşaq bağçasında tanış olub və ömür boyu birlikdə olublar.

Ömürlərinin son günlərini Hollandiyanın şimalındakı Frislandda günəşli bir marinada keçirdiklərini bildirən cütlük demans və bel ağrısı diaqnozu qoyulduqdan sonra evtanaziya haqqında danışmağa başladıqlarını deyiblər.

Hollandiyada evtanaziya qanuni sayılır. Evtanaziya tələb edən hər bir şəxs iki həkim tərəfindən qiymətləndirilir.

2023-cü ildə Hollandiyada 9 min 68 adam evtanaziya ilə həyatına son qoyublar. Bu rəqəm ümumi ölüm sayının təxminən 5 faizini təşkil edir.


Müəllif: Arzu