30 İyun 19:26
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir və onun keçmiş əri prezidentə "qara cadu" etdirdiklərinə görə həbs ediliblər.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Maldiv Respublikasında baş verib.

Xəbərdə deyilir ki, Ətraf Mühit naziri Fatimə Salim, onun Prezident Aparatında işləyən keçmiş əri Adam Ramiz və daha iki nəfər prezident Məhəmməd Muizzuya qarşı "qara cadu" etdirdikləri üçün həbs ediliblər.

Hazırki prezident Muizzu 2012-2018-ci illərdə paytaxt Maldiv adalarının meri olduğu zaman Salim və Ramiz Şəhər Şurasının üzvləri olublar. Hər iki şəxs ona yaxın adamlar kimi tanınıb.

Ölkənin cinayət qanunvericiliyinə görə, qara sehr, sehr və falçılıq kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Amma ölkədəki şəriət qanunları belə hallarda həmin şəxsə 6 aya qədər həbs cəzası verilməsini nəzərdə tutur.


Müəllif: Arzu

Oxşar xəbərlər