İspaniya sahillərində xəzinə ovçuları "Berber" quldurlarının batmış gəmisini aşkar ediblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Əlcəzair quldurlarına məxsus 14 metrlik yelkənli gəmi 17-ci əsrdə İspaniya və Mərakeş arasındakı sularda batıb.
Mütəxəssislər hesab edirlər ki, dəniz quldurları Avropanın sahil kəndlərinin sakinlərinə hücum etməyi, onları qaçırıb kölə kimi satmağı planlaşdırıb.
Pirat gəminin qalıqları dənizin 830 metr dərinliyində tapılıb. Kəşf hələ 2005-ci ildə edilsə də, rəsmi olaraq yalnız indi elan edilib.