Bu gün “Jara” musiqi festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirilir.
Teleqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə musiqili gecənin təşkilatçıları Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov, Rusiyanın xalq artisti Filip Kirkorov, repçi Baxti, iştirak edib.
Onlar Rusiya və Azərbaycan KİV nümayəndələrinin suallarını cavablandırıblar. Emin Ağalarov bildirib ki, bir saatdan sonra qırmızı xalça mərasimi baş tutacaq: “150-dən çox müğənni iştirak edəcək. Onlardan 75-i bu gün iştirak edəcək”.
Filip Kirkorov konsertdə əsas məsələnin keyfiyyət olduğunu əlavə edib: “Hamı özü qırmızı xalçaya hazırlaşır. Ona görə burada az insan iştirak edir. Amma mənim özüm qırmızı xalçayam. Hər kəsə təşəkkürümü bildirirəm”.