24 Dekabr 2018 10:33
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun paytaxtı Minskdə IX Beynəlxalq Opera Forumu keçirilib.

Teleqraf.com xəbər verir ki, dünyanın tanınmış opera ulduzlarının çıxış etdiyi forumda Azərbaycanı xalq artisti Fidan Hacıyeva təmsil edib.

Dekabrın 13-dən 21-nə qədər çəkən forum çərçivəsində opera müğənnilərinin Minsk Böyük Teatrının səhnəsində konsertləri baş tutub.

Fidan Hacıyevə deyib ki, bu forumda ölkəmizi təmsil etmək və bu mötəbər səhnədə çıxış etmək onunçün çox böyük qürur hissidir: "Konsertdən sonra teatrın rəhbərliyi, konsertin dirijoru, solistlər gözəl çıxışa görə məni təbrik etdilər. Bu mənim Minsk Böyük Teatrında artıq üçüncü çıxışım idi.

Bu teatr səhnəsində mən "Karmen" operasını da oynamışam. Mötəbər tədbirlərdə, eləcə də səhnələrdə Azərbaycan adından çıxış etmək mənim üçün fəxrdir".


Müəllif: Aytən

Oxşar xəbərlər