Azərbaycanın Belçikadakı səfirliyinin bu ölkənin aparıcı mədəniyyət mərkəzi olan Brüssel İncəsənət Sarayı ilə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində apardığı əməkdaşlıq çərçivəsində sentyabrın 14-də Brüsseldə məşhur Azərbaycan musiqiçiləri, əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun konserti təşkil olunub.
Teleqraf.com xəbər verir ki, orqan musiqisi gecəsi çərçivəsində keçirilən proqramın əvvəlində İsfar Sarabski və Rain Sultanovun birgə albomu "Cycle" barədə tamaşaçılara məlumat verilib.
Daha sonra saksofon müşayiəti ilə orqan və piano ifasında musiqi parçaları təqdim olunub, musiqiçilərimiz öz ifaları ilə orqan musiqisinin cazz repertuarında özünəməxsus yer tutduğunu yüksək ustalıqla tamaşaçılara çatdırıblar.
Musiqiçilərimizin ifası çoxsaylı auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub.