5 Noyabr 2019 23:27
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzi Macarıstan səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” adlı konsert proqramı təqdim edəcək.

Beynəlxalq Muğam Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, paytaxt sakinləri və şəhərimizin qonaqları noyabrın 11-12 və 14-də macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazanacaqlar.

Üç gün ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun “Cantores Esslesiae” solistləri və zambalın misilsiz qarışığı olan musiqi ilə Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim edəcəklər. “Evrovision” mahnı müsabiqəsinin iştirakçısı müğənni Magyar Borinin təqdimatında “disklend” üslublu “smokey” caz gecəsi də layihənin yaddaqalan konsertlərindən biri olacaq. Tamaşaçılar macar musiqisi axşamlarında, həmçinin cymbalum alətinin tanınmış ifaçısı Csurkulya Jozefin ifasında macar xalq musiqisinin ruhunu hiss edəcəklər.

Biletləri şəhərin kassalarından, itiket.az və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır. Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ikitərəfli konsert proqramları və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək.


Müəllif: Teleqraf.com