6 Dekabr 2021 15:55
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək. Nazir xatırladıb ki, məktəb 960 nəfərlik tutuma malik olacaq.

Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər