13 Dekabr 2021 16:31
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.

Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantik Şuranın iclasında iştirak edəcək.

Bundan başqa, sabah Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər